Şriftin ölçüsü :

Saytın rəngi :

"Respublikanın Hərbi Prokurorluğu yubileyi uğurlarla qarşılayır"

Azərbaycan Prokurorluğu – 100

Heydər Əliyev siyasi müdrikliyi sayəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası haqlı olaraq, özünü ötən əsrin ikinci onilliyində yaranmış və cəmi iki ilə yaxın fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdir. Çünki gənc müstəqil dövlətimizin tutduğu yol başdan-başa məhz AXC-nin siyasi idarəetmədəki təməl prinsipləri ilə üst-üstə düşür. Həm ümummilli lider Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsini daim böyük hörmət və ehtiramla yada salıb, hər birimizin həmin tarixi nailiyyətlə fəxr etməli olduğumuzu dilə gətiriblər Prezident İlham Əliyevin hələ ötən ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə qeyd edilməsi barədə sərəncam imzalaması və 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlət başçımızın milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə nə dərəcədə önəm verdiyinin göstəricisidir. Təbii ki, həmin milli-mənəvi dəyərlər sırasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli qurumlarımız və formalaşdırılmış ənənələrimiz də vardır. Həmin illərdə dövlət atributlarının və mühüm dövlət qurumlarının formalaşdırılması, rəsmi dövlət mətbuatının yaradılması, Bakı Dövlət Universitetinin təsis edilməsi və digər çoxsaylı faktlar qeydə alınmışdı ki, bu gün haqlı olaraq, onların hər biri ilə fəxr edirik. Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşdırılmış və qətiyyətlə fəaliyyət göstərmiş qurumlardan biri də Azərbaycan Prokurorluğu idi.

Bu il 100 yaşını qeyd etdiyimiz Azərbaycan Prokurorluğu, sözün həqiqi mənasında, şərəfli bir inkişaf yolu keçmişdir. Həm AXC dövründə, həm sovet dönəmində, həm də dövlət müstəqilliyimizin bərpasından sonrakı illərdə prokuror adına şərəf gətirən, öz prinsipiallığı ilə xalqın və dövlətin xidmətində dayanan kifayət qədər peşəkar həmkarımız olmuşdur. Xatırladım ki, bir neçə gün əvvəl – sentyabrın 12-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin, Ədliyyə və Daxili İşlər nazirliklərinin, Konstitusiya və Ali məhkəmələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəislərinin, digər rəsmi şəxslərin iştirak etdiyi konfransda Baş prokurorun müavini Namiq Əsgərov Azərbaycan Respublikası Prokurorluğunun yaranma tarixi, onun inkişafının əsas mərhələləri, qazandığı uğurlar, qanunçuluğun və dövlətçiliyin qorunmasında səmərəli fəaliyyəti və bütövlükdə respublikamızda hüquqi dövlətin qurulmasında və hüquq sisteminin möhkəmləndirilməsində artan rolu barədə ətraflı məlumat vermişdir. Yüz illik yubileyimiz münasibətilə qələmə aldığımız yazıda bir neçə gün əvvəlki tədbiri də yada salmağımız təsadüfi deyil.

Çünki həmin konfransda səsləndirilən bütün çıxışlarda prokurorluğun tarixi kökləri, hüquqi statusu ilə bağlı belmi-nəzəri baxışlar və təcrübədə tətbiq olunan modelləri, prokurorluq orqanlarının cinayət mühakimə icraatında və ondan kənarda vəzifə və səlahiyyətləri, milli prokurorluğun ölkənin inkişaf strategiyasına uyğun olaraq institusional baxımdan təkmilləşdirilməsi istiqamətləri sadalanmış və çoxsaylı faktlar dilə gətirilmişdir. bEyni zamanda, tədbir iştirakçıları prokurorluğun Azərbaycan Xalq Cümhuriyyəti bdövründə məhkəmə orqanlarının tərkibində fəaliyyəti, müasir dövrdə bqanunvericilik aktlarının layihələrinin hazırlanması və bu sahədə normayaradıcı bprosesin yüksək tələblər səviyyəsində həyata keçirilməsi, eləcə də milli dövlətçiliyin möhkəmləndirilməsində prokurorluq orqanlarının rolu, korrupsiyaya bqarşı mübarizənin prokurorluğun prioritet fəaliyyət istiqaməti və prokurorluğun bkadr tərkibinin müasirləşdirilməsi mövzularında maraqlı çıxışlar eşitmişlər. Yəni bbu konfrans, sözün həqiqi mənasında, bizim 100 illiyimizə töhfə idi.

Eyni zamanda, yuxarıda qeyd etdiyimiz “siyasi irs” və “mənəvi varis” bifadələri məhz bu konfransda da dəfələrlə işlədilmişdir. Məsələn, qeyd edilmişdir bki, xalqımızın ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə bhazırlanaraq 1995-ci ildə Referendumla qəbul edilmiş Azərbaycan Respublikasının

Konstitusiyası ölkənin hüquqi, demokratik dövlət quruculuğu istiqamətində binkişafının təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını, hüquq bsisteminin bünövrəsini formalaşdırmışdır. Əsas Qanunda Azərbaycan Respublikası bProkurorluğuna xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu dövlət btəsisatının yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə bprokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir. bProkurorluğun məhkəmə hakimiyyətinə aid edilməsi onun dövlət idarəetmə bmexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində baydınlıq gətirməklə yanaşı, müasir prokurorluq orqanlarının Azərbaycan Xalq Cümhuriyyətinin prokurorluq qurumunun hüquqi varisi olmasını təsdiq etmişdir. Mən bir hərbi prokurorluq təmsilçisi kimi, qətiyyətlə deyə bilərəm ki, Azərbaycan Prokurorluğuna üzağlığı gətirən həmkarlarımız arasında hərbi prokurorluq işçiləri də istənilən qədərdir və biz 100 illik yubileyə böyük uğurlarla gedirik. Yeri gəlmişkən, gələn il SSRİ məkanındakı Hərbi Prokurorluğun yaradılmasının 40 ili tamam olacaq. Doğrudur, biz həmin tarixi yubiley kimi qeyd etməyəcəyik. Çünki həmin qurum 1979-cu il noyabrın 30-da SSRİ Prokurorluğunun tərkibində yaradılmışdı. Ona görə də əsas bayramımızı məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı prokurorluğun tarixi ilə götürürük Amma xidmət etdiyimiz peşənin tarixi olduğuna görə Hərbi Prokurorluğumuzun tarixçəsinə də nəzər salmaq istərdik.

SSRİ-nin tərkibində olarkən Azərbaycan Respublikasının prokurorluq orqanları sistemində hərbi prokurorluq qurumları fəaliyyət göstərmirdi. Respublikanın ərazisində Bakı şəhərində yerləşən Hərbi Prokurorluq, Hərbi Dəniz Qüvvələri Hərbi Prokurorluğu, eləcə də Gəncə, Lənkəran və Naxçıvan Qarnizonları Hərbi prokurorluqları fəaliyyət göstərirdi ki, onlar da Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Prokurorluğuna tabe idilər. SSRİ dağıldıqdan sonra həmin prokurorluqlar da ləğv edildi və müstəqil Azərbaycan Respublikasının hərbi prokurorluq orqanları yaradılmağa başlandı. Həmin prokurorluqların yaranması üçün respublikamızın Ali Soveti tərəfindən qəbul edilmiş 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı hüquqi baza rolunu oynadı. Hazırda ölkəmizdə hərbi prokurorluqların yaradılması və fəaliyyəti üçün hüquqi baza rolunu Azərbaycan Respublikasının 1995-ci il tarixdə qəbul edilmiş Konstitusiyası, 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu, 29 iyun 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunu, həmçinin “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ aktlar oynayır. Bu gün Azərbaycan Respublikasının prokurorluq orqanları sistemində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı, Sumqayıt, Gəncə, Qazax, Tərtər, Qarabağ, Füzuli, Lənkəran və Zaqatala hərbi prokurorluqları fəaliyyət göstərirlər. Qətiyyətlə deyə bilərəm ki, bu gün hərbi prokurorluq orqanları qanunun və

Azərbaycan dövlətinin qarşımıza qoyduğu bütün vəzifələri yüksək səviyyədə, böyük peşəkarlıq və məsuliyyətlə həyata keçirirlər. Bu fikirlərin təsdiqi olaraq, daha bir tədbiri yada salmaq istəyirəm. Təxminən ay yarım əvvəl – iyulun 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin iştirakı ilə 2018-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilirdi. Azərbaycan Respublikası baş prokurorunun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin hesabat məruzəsində səsləndirdiyi faktlar və rəqəmlər bir dahasübut edirdi ki, hərbi prokurorluq öz fəaliyyətini məhz zamanın tələb etdiyi səviyyədə qurmuşdur.

Orada qeyd edilmişdi ki, ölkəmizin uğurlarını, iyunun 26-da keçirilən möhtəşəm hərbi paradda Azərbaycanın hərbi qüdrətini dünyaya nümayiş etdirməsini və ölkəmizin bütün sahələrdə sürətlə inkişaf edərək əksər dövlətlərdən üstün olmasını gözü götürməyən radikal qüvvələr və dini-ekstremist təşkilatlar var. Onlar ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə işləyərək, respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq istəyirlər. Bu məqsədlə iyulun 3-də və 10-da müəyyən cinayətkar qruplar Gəncədə dövlətçiliyimizə və ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədərək, şəhər icra hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd təşkil etmiş, sonra isə qanunazidd əməllərin qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetirmişlər. Məlum olduğu kimi, ¬Prezident İlham Əliyevin qətiyyətli və müdrikliklə atdığı addımların nəticəsində bütün bu təxribatlar qarşısı sərt şəkildə alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqını aparan Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu tərəfindən cinayəti törətmiş şəxslər müəyyənləşdirilmiş, onlardan bir qismi həbs edilmiş, axtarışa verilmiş, digər iştirakçıların da müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bir mütəxəssis kimi deyə bilərəm ki, həmin hadisələrin təhlili və istintaqı əminliklə fikir söyləməyə əsas verir. Fikir də ondan ibarətdir ki, bu, sadəcə özlərini hansısa dini təşkilat adlandıranların deyil, xarici ölkələrin xüsusi xidmət orqanlarının əvvəlcədən planlaşdırdığı və ölkənin daxilindəki, habelə Azərbaycandan kənarda olan, lakin dövlətimizə düşmən münasibət bəsləyən respublikamızdan vətəndaşlarının həyata keçirməyə cəhd etdikləri adi cinayətlər deyil. Bunlar ölkəmizdə hakimiyyətin zorla ələ keçirilməsinə, saxlanılmasına,

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş hərəkətlərdir. Lakin Azərbaycan Respublikası Prezidentinin qətiyyəti və müdrikliyi, habelə hüquq- mühafizə orqanlarının səyi nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınmışdır. Bundan başqa, iyulun 15-də Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının Gəncədə baş vermiş hadisələri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai- siyasi sabitliyi pozmağa yönəlmiş hərəkətlərinin qarşısı hüquq- mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində alınmışdır. Hərbi prokurorluğun mətbuatda yayılan hesabatında bildirilir ki, Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər getdikcə daha səmərəli olur. Hərbi birləşmələrdə törədilmiş ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının

Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrinin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti vardır. Mətbuat xəbər verir ki, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, Respublik  Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilir.

Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və prinsipiallığı hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq, ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilir. Prezidentin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirir. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır  Sonda qeyd edim ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər. 

 

Zöhrab KAZIMOV,

Sumqayıt hərbi prokuroru,

ədliyyə polkovniki

(13 sentyabr 2018- ci il Xalq qəzeti )

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.