Şriftin ölçüsü :

Saytın rəngi :

Videoqəbul üçün müraciət qaydaları

Vətəndaşlar prokurorluq orqanları tərəfindən onların qəbulu üçün ayrılmış qəbul otaqlarına müraciət etmək, qəbulla bağlı müvafiq qaydada müraciət etmək və ya prokurorluğun rəsmi internet saytında qeydiyyatdan keçmək, videoqəbul formatında qəbul olunmaq istəyən vətəndaşlar isə yalnız prokurorluğun rəsmi internet saytında qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Videoqəbul formatında qəbul olunmaq istəyən vətəndaşların siyahısı Qəbul şöbəsinin əməkdaşları tərəfindən tərtib edilir və həmin siyahıda zəruri məlumatlar (vətəndaşın adı, soyadı, atasının adı, əlaqə telefonları, ünvanı, müraciətin qısa məzmunu) əks olunur. Qəbul şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara müraciətin edildiyi vaxtdan etibarən ən geci 1 (bir) iş günü müddətində qəbulun vaxtı və yeri barədə məlumat verilir.

Baş Prokurorluğun vəzifəli şəxslərinin videoqəbulları qəbul cədvəlində müəyyən edilmiş günlərdə və saatlarda tabe prokurorluqların vətəndaşların qəbulu otaqları vasitəsilə həyata keçirilir. Bütün hallarda qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir. Videoqəbul zamanı konfidensiallığı təmin etmək məqsədilə vətəndaşın tabe prokurorluqların vətəndaşların qəbulu otağında tək olmasına şərait təşkil olunur, tabe prokurorluqların rəhbər şəxslərinin və əməkdaşlarının qəbul prosesini birbaşa və ya digər formada izləməsinə yol verilmir. Prokurorluq orqanlarında keçirilən qəbullar, o cümlədən videoqəbullar zamanı qəbul otaqlarına vətəndaşların video və audio yazı qurğusu, həmçinin mobil telefon aparması qadağandır. Videoqəbulların videoyazısı və arxivləşdirilməsi Baş Prokurorluğun elektron informasiya sistemi vasitəsilə təmin edilir.

Müraciət etmək üçün bu keçidə daxil olun.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.