Sayt üzrə axtarış


Tabe prokurorluqlar












Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / Digər məlumatlar /Şəhid prokurorluq işçiləri

Şəhid prokurorluq işçiləri

Azərbaycan Respublikası Prokurorluğu orqanlarının xidməti vəzifələrinin icrası zamanı
həlak olmuş əməkdaşları barədə

M Ə L U M A T

Sıra

â„–-si

Soyadı, adı, atasının adı

Təvəllüdü

Təhsili, prokurorluqda işə başlama tarixi

Hadisə baş verən vaxt tutduğu vəzifə və həmin vəzifəyə təyin olunduğu tarix

Qətlin tarixi, şəraiti və baş vermə səbəbləri

1   

Qayıbov İsmət
İsmayıl oğlu

1942

Bakı Dövlət Universiteti - hüquqşünas,1971

Azərbaycan Respublikasının Baş prokuroru,1990

20.11.1991, Rusiya Federasiyası və Qazaxıstan Respublikasının rəsmi nümayəndələri və Azərbaycan Respublikasının dövlət və ictimai xadimləri ilə birlikdə (cəmi 22 nəfər) respublikanın Dağlıq Qarabağ bölgəsinə ezamiyyətə gedərkən erməni silahlı birləşmələri tərəfindən vurulmuş vertolyotda həlak olmuşdur.

2  

Plavski İqor 
Aleksandroviç

1939

Bakı Dövlət Universiteti - hüquqşünas,1981

Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru,1990

20.11.1991, Rusiya Federasiyası və Qazaxıstan Respublikasının rəsmi nümayəndələri və Azərbaycan Respublikasının dövlət və ictimai xadimləri ilə birlikdə (cəmi 22 nəfər) respublikanın Dağlıq Qarabağ bölgəsinə gedərkən erməni silahlı birləşmələri tərəfindən vurulmuş vertolyotda həlak olmuşdur.

3  

Əliyev Şəmşir
Şahlar oğlu

1949

Bakı Dövlət Universiteti - hüquqşünas,1974

Samux rayon prokuroru,1992

14.06.1993, xidməti vəzifəsinin icrası ilə əlaqədar cinayətkar dəstə tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində ölmüşdür.

Ağayev Nizami 
Məsimalı oğlu

1955

Bakı Dövlət Universiteti - hüquqşünas,1985

Qubadlı rayon prokuroru,1992

31.08.1993, xidməti vəzifəsinin icrası ilə əlaqədar cinayətkar dəstə tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində öldürülmüş, sonradan isə yandırılmışdır.

Vəliyev Əyyub
Əli oğlu

1953

Bakı Dövlət Universiteti - hüquqşünas,1992

Qubadlı rayon prokurorluğunun müstəntiqi,1992

31.08.1993, xidməti vəzifələrinin icrası ilə əlaqədar cinayətkar dəstə tərəfindən avtomat silahdan açılmış atəşlə öldürülmüş, sonradan isə yandırılmışdır.

Hüseynov Fəzail 
Arıx oğlu

1956

Bakı Dövlət Universiteti - hüquqşünas,1989

Samux rayon prokuroru,1993

21.11.1995, xidməti vəzifələrinin icrası zamanı sürücüsü Əhmədov Məmməd Məhəmməd oğlu ilə birlikdə cinayətkar dəstənin hücumuna məruz qalmış və onların avtomat silahdan açdığı atəş nəticəsində hər ikisi ölmüşdür.

Xasayev Səbuhi
Lütviq oğlu

1963

Bakı Dövlət Universiteti - hüquqşünas,1993

Qazax qarnizonu hərbi prokurorluğunun müstəntiqi,1993

31.03.1994, Azərbaycan Respublikasının Ermənistan Respublikası ilə sərhəddində hadisə yerinin müayinəsi zamanı minaya düşərək həlak olmuşdur.