Sayt üzrə axtarış


Tabe prokurorluqlar












Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / İşə qəbul /Vakansiya elanı

Vakansiya elanı

Azərbaycan Respublikasının Baş Prokurorluğu Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə elan edir

2 sentyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar 2 sentyabr 2013-cü il tarixdən prokurorluğa işə qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu prosesinə başlanmışdır. 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq 2002-ci ildən tətbiqinə başlanılan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti çərçivəsində daha da geniş vüsət alan prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulun həyata keçirilməsi nəticəsində işə qəbul edilmiş gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 52 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 553 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilmişlər. 

Prokurorluqda mövcud vakant vəzifələrin hərtərəfli hazırlıqlı gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə cari ildə elan edilmiş növbəti müsabiqə ilə əlaqədar sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının vaxtı və yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir. 

Prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən hər bir gənc hüquqşünas Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər məsələlərlə əlaqədar prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə məlumat əldə etmək olar. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan Respublikasında  həyata keçirilən dövlət gənclər siyasətinin tələblərini,  ölkə həyatının bütün sahələrində  gənclərin əməyindən hərtərəfli istifadə olunması və  ictimai həyatımızın  müxtəlif istiqamətlərində onların fəal  iştirakının stimullaşdırılması barədə Dövlət başçısı cənab İlham Əliyevin tövsiyələri və göstərişlərini rəhbər tutan  Respublika Baş Prokurorluğu  tərəfindən  Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə və "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na müvafiq  olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştatvahidi üzrə növbəti  müsabiqə  elan edilir. 

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən və prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa  müraciət edə bilərlər:

1.    Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə;

2.    Şəxsiyyət vəsiqəsinin əsli və notarial qaydada təsdiq edilmiş surəti;

3.    Tərcümeyi-hal və kadrların uçotuna dair anket (blanklar prokurorluqda verilir);

4.    3x4 və 4x6 sm ölçülərdə, hər birindən 4 ədəd ağ fonda rəngli fotoşəkil;

5.    Ali təhsil haqqında (hüquqşünaslıq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notarial qaydada təsdiq edilmiş surətləri;

6.    Əmək kitabçasının notarial qaydada və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;

7.    Yaşadığı ünvan üzrə poliklinikadan (forma â„– 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayışlar; 

8.    Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;

9.    Yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq edilmiş surəti.

Sənədlər Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 05 iyun 2012-ci il tarixdən 31 avqust 2012-ci il tarixədək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul olunacaqdır.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.

Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır.  Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

«Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılar prokurorluğa işə qəbul edilmirlər:

- ikili vətəndaşlığı olan şəxslər;

- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

- din xadimləri;

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;

- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə kütləvi informasiya vasitələrində, o cümlədən, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.

Əlavə məlumatlar almaq üçün 437-28-56, 492-62-23, 492-74-32, 492-63-62 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

 

Prokurorluğa işə qəbulla əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu müsabiqə elan edir

          Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştatvahidi üzrə müsabiqə elan edir.

          Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər:

1.  Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə.

2.   şəxsiyyət vəsiqəsinin əsli və notarial qaydada təsdiq edilmiş surəti.

3.   tərcümeyi-hal və kadrlar uçotuna dair anket (blanklar prokurorluqdan verilir).

4.   3x4 və 5x6 sm ölçülərdə, hər birindən 4 ədəd ağ fonda rəngli fotoşəkil.

5.   ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notarial qaydada təsdiq edilmiş surətləri.

6.   əmək kitabçasının notarial qaydada və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti.

7.   yaşadığı ünvan üzrə poliklinikadan (forma â„– 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayışlar. 

8.   yaşadığı ünvan və ailə tərkibi haqqında arayış.

9.   yaşadığı ünvan üzrə rayon (şəhər) hərbi komissarlığında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq edilmiş surəti.

Sənədlər Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 29 aprel 2011-cil tarixə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul olunacaqdır.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcəkdir.

Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, seçkilərdə iştirak etmək hüququ olmalıdır.

Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

«Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Prokurorluğa işə qəbul edilmirlər:

- ikili vətəndaşlığı olan şəxslər;

- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

- din xadimləri;

- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;

- qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşlar.

Müsabiqənin test imtahanının tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə mətbuatda, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə elan veriləcəkdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-62-23, 492-63-62 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Azərbaycan Respublikası Baş Prokurorluğu  işə qəbulla əlaqədar elan edir

Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin  Kriminalistika laboratoriyasına baş mütəxəssis və mütəxəssis ştat vahidləri üzrə 2 vakant vəzifəyə işçilərin qəbulunu elan edir.

İşə qəbulla əlaqədar namizədlərdən Microsoft Office, qrafika, animasiya və ya digər proqramlarda işləmək bacarığına malik olması tələb olunur.

  • Microsoft Office proqramları - Access, Exel, Outlook, Power Point;
  • Qrafik proqramları - Adobe Photoshop, Alien Skin Bokeh, Jutoh, Wondershare Photo Recovery, AKVIS Retoucher, Foto Mix v.7.5.2, Coded Color Photo Studio və s.
  • Animasiya proqramları - iClone, 3Ds-MAX, Daz 3d, Adobe Flash, Adobe After Effets, Corel Bryce 7 Pro, Slideshow XL, Frame Forge Previz Studio 3, Animated Wallpaper Maker, Kool Moves və s.
  • Digər - Photorobot, Foxit Phantom, TextAloud v3.0 və s.

Xarici (rus və ingilis) dil bilən və internet şəbəkəsində sərbəst işləmə qabiliyyətinə malik namizədlərə üstünlük verilir.

İşə qəbulla əlaqədar namizədlər 2011-ci il martın 1-dək Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edə bilərlər.

         

Əlaqə telefonu: 492-25-17

Azərbaycan Respublikası Baş Prokurorluğu  işə qəbulla əlaqədar elan edir

Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinə mütəxəssis (kriminalist) vəzifəsinə 7 ştat vahidi, mütəxəssis (trasologiya və ballistika üzrə) vəzifəsinə 1 ştat vahidi, mütəxəssis (bioloq kimyaçı) vəzifəsinə 1 ştat vahidi, idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə mütəxəssis vəzifəsinə 2 ştat vahidi üzrə vakant vəzifələrə işçilərin qəbulunu elan edir.

İşə qəbulla əlaqədar namizədlərin kompüter texnologiyaları, foto, videoçəkiliş, trasologiya, ballistika, biologiya, kimya sahələri üzrə təhsilə və iş təcrübəsinə, mütəxəssis (kriminalist) ştatları üzrə namizədlərin sürücülük vəsiqəsinə malik olması tələb olunur.

İşə qəbulla əlaqədar namizədlər müsahibədən keçmək üçün 25 dekabr 2010-cu il tarixədək Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə müraciət edə bilərlər.

 

Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 22.

Əlaqə telefonları: 440-78-59, 440-75-25.