Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-01-07
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat xidmətlərinin məlumatı

Yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs tərəfindən Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilmişdir. Nəticədə H.Həsənov hadisə yerində ölmüş, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilmişdir.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) cinayət işi başlanmışdır.

Polis və prokurorluq orqanlarının həyata keçirdikləri operativ tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhərində yaşayan Elçin Çobanov olması müəyyən edilmişdir.

Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.