Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-01-26
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Yanvarın 26-da saat 12 radələrində paytaxtın Nərimanov rayon sakini 1973-cü il təvəllüdlü Süleymanov İlham Elləz oğlunun qısqanclıq zəminində yaşadığı evdə arvadı 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızının boğaz və bədəninin digər nahiyyələrinə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İ.Süleymanov daha sonra rayon hüquq mühafizə orqanlarına könüllü gələrək təslim olmuş və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.