Sayt üzrə axtarış















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2020-06-21
Baş Prokurorluğun Mətbuat xidmətinin M Ə L U M A T I

Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonunda 15-16 yaşlarında şəxsin bıçalanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılması barədə məlumatlar yayılmışdır.

Belə ki, iyunun 20-də saat 02 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbə sakini 1992-ci il təvəllüdlü Səddam Həsənovun bıçaqlanması və “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla cinayətin Şəmkir rayonu Düyərli kənd sakini 1996-cı il təvəllüdlü Elsevər Pirverdiyev tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir