Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-03-06
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Paytaxtın Yasamal rayonunun hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü  müəyyən edilərək məsuliyyətə cəlb olunmuşdur.

Belə ki, martın 2-də saat 00:40 radələrində rayonun Tibilisi prospektində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq piyada 1956-cı il təvəllüdlü İsmayılov Əvəz Rəhim oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin «Daewo Gentra» markalı «AZ 99-AE-083» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Rəcəbov Pərviz Bəhruz oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunmuş və barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.