Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2019-11-01
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin MƏLUMATI

Noyabrın 1-də saat 12 radələrində Salyan rayonu ərazisində 1983-cü il təvəllüdlü İlahə Hüseynovanın üzərində bıçaq xəsarəti olan meyitinin yaşadığı evdə aşkar olunması faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İlkin istintaqla hadisənin İ.Hüseynovanın həyat yoldaşı, 1982-ci il təvəllüdlü Salyan rayon sakini Nahid Hüseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. N.Hüseynov şübhəli şəxs qismində istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.