Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-03-06
Kürdəmir rayonunda həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulmuşdur

Martın 5-də Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yolun kənarında üzərində zorakılıq əlamətləri olan kişi meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış ilkin araşdırmalarla meyitin rayonun Axtaçı kənd sakini, 1994-cü il təvəllüdlü Budaqov Neman Hacı oğlu olması müəyyən edilmişdir.

Rayon Polis Şöbəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən tarixdə saat 22 radələrində Axtaçı kənd sakini 1992-ci il təvəllüdlü Bağırov Toğrul Müşfiq oğlu ilə aralarında baş vermiş şəxsi münaqişə zəminində sonuncunun N.Budaqova ov tüfəngindən atəş açaraq qəsdən öldürməsində kifayət qədər şübhələr olduğundan T.Bağırov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, cinayətin aləti olan ov tüfəngi isə maddi sübut kimi götürülmüşdür.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.