Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-03-29
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

2014-cü il oktyabrın 26-da Xaçmaz rayon sakini Məmməd Seyidov Polis Şöbəsinə müraciət edərək Rəhimoba kəndində yaşayan qardaşı Binnət Seyidovun həmin il yanvarın 26-da işləmək adı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Müraciət əsasında Xaçmaz RPŞ-də Binnət Seyidov barəsində axtarış işi açılıb, müvafiq araşdırmalar aparılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə B.Seyidovun Dağıstan Respublikasına getməsi və itkin düşməsi faktı təsdiqini tapmayıb. Onun şəxsi münaqişə zəminində arvadı Şamamanın təhriki və iştirakı ilə oğlu Əmir tərəfindən ov tüfəngindən açılmış atəşlə yatmış halda qətlə yetirildiyi, cəsədinin isə həyətdəki quyuya atıldığı müəyyən edilib.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq B.Seyidovun çürümüş vəziyyətdə olan cəsədi quyudan çıxarılaraq sonrakı araşdırmalar məqsədilə aidiyyatı üzrə məhkəmə-tibbi ekspertizasına verilib.

Şamama və Əmir Seyidovlar polis əməkdaşları tərəfindən tutulub, scinayətin törədilməsində istifadə edilmiş “TOZ-16” markalı tüfəng maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.