Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2018-09-29
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Sentyabrın 28-də saat 19 radələrində Bakı şəhər sakini 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi “ZİL-130” markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurmuşdur.

Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş, G.Salmanova və A.Məmmədova aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişlər.

          Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət  Məcəlləsinin  263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

T.İmanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.