Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-04-10
Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun məlumatı

Aprelin 8-də saat 20:50-də paytaxtın Yasamal rayonu ərazisində  135 №-li şərnişin avtobusunda 1962-ci il təvəllüdlü Namik Məmmədov aralarında baş vermiş münaqişə zəminində arvadı, 1966-cı il təvəllüdlü Fatma Şəmiyevanın bədəninin müxtəlif nahiyələrinə üstündə gəzdirdiyi bıçaqla vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

N.Məmmədov rayon Polis İdarəsinə könüllü gələrək törətdiyi cinayət əməlini etiraf etmiş və o, cinayətin törədilməsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.