Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2018-02-22
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun 1988-ci il Sumqayıt iştişaşları ilə əlaqədar birgə bəyanatı

1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək zorakılıq əməllərinə, terrora, etnik zəmində təxribatlara və hərbi gücdən istifadəyə əl atdı. Bu zorakılıq əməlləri Azərbaycanın Dağlıq Qarabağ regionu və Ermənistan ərazisində yaşayan köklü Azərbaycan əhalisinə qarşı hücumlarla başlayaraq, 1991-ci ildən Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü ilə davam etdi, minlərlə azərbaycanlı mülki əhalinin öldürülməsi, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qalması, işğal olunmuş ərazilərin talan edilməsi ilə nəticələndi.

Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalisinin kütləvi qovulmasını, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni işğalçılıq və anneksiya siyasətini və bu məqsədə nail olmaq üçün zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniya həyata keçirən Ermənistan rəhbərliyi,  erməni şovinist ideoloqları və ekstremist təşkilatları 80-ci illərin sonlarında Azərbaycanın müxtəlif regionlarında etnik zəmində qarşıdırma planlaşdırır və həyata keçirirdilər.

1988-ci ilin fevralında Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.

Bakının 30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif millətin yaşadığı Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.000 nəfər təşkil edirdi və bunun təqribən 18.000-ni etnik ermənilər idi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamış və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çox konfessiyalı xüsusiyyətini saxlamaqdadır.

1988-ci ilin 26 fevralında Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi.

İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlanmış, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradılmışdır. SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edilmiş, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olunmuşdur.

Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmiş istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırılmış, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmamış, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilməmişdir.

Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparilaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirilmiş və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, daxili işlər və təhlükəsizlik xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edilmişdir.

Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olmuşdur. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyi dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atmışlar.

Həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi SSRİ-nin əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma meyllərini dayandırmaq, sərt repressiya metodlara əl atmağa bəraət qazandırmaq və güclü mərkəzi Sovet hakimiyyəti olmadan Sovet respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək olmuşdur. Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK tərəfindən Oş (Qırğızıstan), Fərqanə (Özbəkistan), Tbilisi (Gürcüstan), Vilnüs (Litva) və digər ərazilərdə təşkil olunmuşdu.

Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi  və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməmişdir.

 

Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan əsasında əslən erməni olan Sumqayıt şəhər sakini, dəfələrlə məhkum olunmuş Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilmiş, hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan ayrılması məqsədini güdən gizli “Krunk” və “Karabakh” komitələrinə ianə verməkdən imtina edən şəxslər olmuşlar.

İğtişaşlarda E.Qriqoryan ermənilərə qarşı xüsusi qəddarlığı ilə seçilmiş, zorlamaya məruz qoyduğu erməni Məjlumyan bacıları tərəfindən istintaq zamanı qəti olaraq tanınmışdır. Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülmüş və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılmışdır. Hazırda istintaqı aparılan cinayət işi üzrə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qrup halında zorlama və digər ağır cinayətləri törətməkdə təqsirləndirilən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmiş E.Qriqoryanın faktiki yaşadığı ünvanın operativ kanallarla müəyyən olunmasına və ictimaiyyətə bu barədə məlumat verilməsinə baxmayaraq, o, Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində  azadlıqda yaşamaqda davam edir.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq, daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilmişdir.

SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılmış və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılmışdır.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilmişdir.

Hazırda qeyd olunan iğtişaşların bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat  tədbirləri davam etdirilir.

Sumqayıt hadisələri ilə əlaqədar daha ətraflı arayış bu keçidlərdən əldə edilə bilər:

http://www.mfa.gov.az/files/file/Sumgayit_events.pdf,

http://www.prokurorluq.gov.az/sumqayit/index.php

 

Joint Statement by the Ministry of Foreign Affairs and Prosecutor General’s Office of the Republic of Azerbaijan on Sumgayit disturbances of 1988
Since the end of 1980s Armenia has resorted to violence, terror, provocations on ethnic grounds and use of military force in an attempt to realize its baseless and illegal territorial claims against Azerbaijan. Those actions started with the attacks on the Azerbaijani population both in the Nagorno-Karabakh region of Azerbaijan and in Armenia itself, continued with Armenia’s direct military aggression against Azerbaijan since 1991 and culminated in brutal killings of thousands of Azerbaijani civilians, the ethnic cleansing of about 1 million indigenous Azerbaijanis from their homes in both Armenia and the occupied territories of Azerbaijan and the extensive destruction and pillaging of the seized areas.

The Armenian leadership, chauvinist Armenian ideologists and extremist organizations have planned and carried out inter-ethnic disturbances in other parts of Azerbaijan as well, which were necessary to them as a means of launching an extensive anti-Azerbaijani campaign for covering up mass expulsion of indigenous Azerbaijani population from Armenia, separation of Nagorno-Karabakh from Azerbaijan, Armenia’s unlawful annexationist intentions and violent methods for their achievement.

At that time peak of inter-ethnic unrest was masterminded in Sumgayit in February 1988 and it was one of such deliberate provocations. 

By 1988 Sumgayit, which is located about 30 km. away from Baku, was a multinational city since local population made up of fifteen different nationalities. The number of overall population was 258000, out of which 18000 were ethnic Armenians. No any ethnic tensions were recorded in Sumgayit until February 1988. Nowadays Sumgayit continues to preserve its multinational and multi-confessional features as other cities of Azerbaijan.

On 26th of February, the central square of Sumgayit was captured by protestors who objected to the killing of 2 Azerbaijanis who had been shot by Armenians in the Nagorno-Karabakh region of Azerbaijan on February 22, 1988. By Armenian extremists and agent-provocateurs the protest was instigated towards the disturbances. 

To investigate the unrest, the USSR General Prosecutor’s Office opened a criminal case, the special operative-investigative group headed by investigator on especially important criminal cases Vladimir Galkin consisting of 231 investigators and the same number of operatives from different parts of USSR was formed. As it was revealed by the investigation of the USSR General Prosecutor’s Office riots claimed the lives of 32 people, 26 of which were Armenians and 6 Azerbaijanis. With the verdicts of the court 92 persons sentenced to lengthy imprisonment, and one was sentenced to death penalty.

However, investigation conducted by the USSR General Prosecutor’s Office identified only some of perpetrators of Sumgayit disturbances and provided their punishment with the decisions of the courts. Under the pressure of the USSR political leadership and State Security Committee (KGB) of the USSR investigation have failed to come to logical conclusion and determine the ones who have ordered and organized Sumgayit unrest.

As a manifestation of Azerbaijan's decisive political will to investigate the true essence of this crime, the episodes on which USSR General Prosecutor's Office tried to pass in silence, with the order of the President of the Republic of Azerbaijan Ilham Aliyev and the Decree of the Prosecutor General of the Republic of Azerbaijan dated March 19, 2010 suspended five criminal proceedings of the former USSR General Prosecutor's Office on mass disorders in Sumgayit were renewed and combined into a single criminal case. The investigation was entrusted to the investigative-operative group under the First Deputy of Prosecutor General consisting of the investigators and operatives of the Prosecutor's Office, Ministry of Internal Affairs and the State Security Service.

The assessments and analysis of evidences collected by this investigation group confirm that the Sumgayit unrest was a provocation against Azerbaijan by the intelligence services of Armenia and the State Security Committee of the USSR. Armenian ideologists and their supports in high political leadership of the USSR, understanding the illegality of separation of Nagorno-Karabakh from Azerbaijan based on Soviet Constitution have resorted to such provocation with the aim of justifying the idea of impossibility of further coexistence of Armenians together with Azerbaijanis, providing complete ethnic cleansing of Azerbaijani population in Armenia and discrediting Azerbaijan. 

The USSR State Security Committee’s interest in perpetration of this provocation was driven from the intention to destabilize the situation in the Soviet periphery in order to cut the intensified centrifugal aspirations, justify further repressive methods and to demonstrate that the Soviet Republics cannot survive alone without the strong centralized power of USSR. The similar unrest and provocations were carried out by the KGB in Osh (Kyrgyzstan), Fergana (Uzbekistan), Tbilisi (Georgia), Vilnius (Lithuania) and other peripheral parts of the Soviet Union.

Despite the fact that on the eve of the disturbances and during their occurrence in Sumgayit and in the surrounding areas there were sufficient personnel and mechanized equipment of ​​the Internal Troops of the USSR Interior Ministry and defense forces. However, no preventive action was taken by them to bring the situation under the control.

The assaults to the apartments and other violent actions were carried out on the basis of the advance prepared list of residents and plan under the leadership and command of Eduard Grigoryan, repeatedly convicted, an ethnic Armenian and a resident of Sumqayit. The Armenians who were subjected to attacks were the ones who refused to donate to the covert "Krunk" and "Karabakh" Armenian committees seeking separation of Nagorno-Karabakh from Azerbaijan.

During the unrest, E.Grigoryan exercised special cruelty against Armenians and was fully identified by armenian Majlumian sisters, whom he subjected to rape. E.Grigoryan was sentenced to imprisonment with the decision of court, however, after the collapse of the USSR he was transferred to Armenia's prison and was immediately released under the suspicious circumstances. According to ongoing investigation he is accused of deliberate murder under aggravating circumstances, gang rape and other grave crimes and by a court decision, preventive measure in the form of arrest was chosen in his respect and he was declared wanted by Interpol. His current address has been identified by operative means and brought into the knowledge of public. However, E.Grigoryan currently under the patronage of Armenia’s intelligence services continues to live freely in the third country.

Investigative materials demonstrate that if not the humanism and audacity of Azerbaijani population of Sumgayit, the scale of disturbances would have been bigger as planned by the organizers of this provocation. The testimonies of Armenian eyewitnesses prove that dozens of Armenian were sheltered and rescued by Azerbaijani families during the unrest.

Despite the special control and censorship of the USSR on photo-video recording, surprisingly photo/video filming of the events was carried out with pre-installed recording equipment and immediately was taken out of the territory of USSR and widely was disseminated by Armenian lobby organizations as part propaganda against Azerbaijan.

Although the events in Sumgayit were used deliberately for propaganda and disinformation purposes against Azerbaijan by Armenia and Armenian lobbying organizations, as a result of measures taken by the Government of Azerbaijan and the objective and fact-based investigative materials it has been proved with sufficient and irrefutable facts that Sumgayit unrest was organized by Armenian chauvinist nationalists and their supports to achieve their insidious intentions.

At present in order to identify and prosecute all organizers and perpetrators of Sumgayit disturbances, as well as to disclose their supports comprehensive investigative-operative actions are continued by the investigative group.

More detailed information on Sumgayit events can be found at the following links: 

http://www.mfa.gov.az/files/file/Sumgayit_events.pdf 
 
Совместное заявление Министерства Иностранных Дел Азербайджанской Республики и Генеральной Прокуратуры Азербайджанской Республики в связи с Сумгаитскими беспорядками 1988 года

С конца 80-х годов Армения, в попытке реализовать свои необоснованные и незаконные территориальные претензии к Азербайджану, прибегла к насилию, террору, провокациям по этническим мотивам и использованию военной силы. Эти действия начались с нападений на азербайджанское население, как в Нагорно-Карабахском регионе Азербайджана, так и в самой Армении, и вылились в открытую военную агрессию Армении против Азербайджана с 1991 года, а кульминацией стали жестокие убийства тысяч азербайджанских мирных жителей, изгнание около 1 миллиона коренных азербайджанцев из их домов, как в Армении, так и на оккупированных территориях Азербайджана, а также масштабные разрушения и разграбления захваченных районов.

Армянское руководство, армянские шовинистические идеологи и экстремистские организации, осуществляющие кампанию против Азербайджана, в своем стремлении «оправдать» насильственные методы достижения этой цели, такие как массовое перемещение коренного населения Азербайджана, проживающего в Армении, отделение Нагорного Карабаха от Азербайджана, реализация Арменией политики незаконной оккупации и аннексии в отношении Азербайджана, начиная с конца 80-х годов спланировали и воплотили в жизнь этническую конфронтацию между армянами и азербайджанцами в различных регионах Азербайджана.

Этнические столкновения в феврале 1988 года в Сумгаите стали кульминацией таких преднамеренных провокаций.

В Сумгаите, расположенном в 30 километрах от Баку, проживало более пятнадцати разных национальностей. В 1988 году их количество составляло 258 000 человек и около 18 000 человек были этническими армянами. До февраля 1988 года и по сей день, в Сумгаите никогда не было этнического конфликта. Сумгаит продолжает развиваться как многонациональный и многоконфессиональный город, как и другие азербайджанские города.

26 февраля центральная сумгаитская площадь была заполнена людьми, протестующими против убийства армянами 22 февраля 1988 года 2 азербайджанцев в Нагорно-Карабахском регионе Азербайджана. С помощью армянских экстремистов, эта акция протеста вылилась в массовые беспорядки.

Для расследования беспорядков Генеральная Прокуратура СССР возбудила уголовное дело, создала специальную оперативно - следственную группу, возглавляемую следователем по особо важным делам Владимиром Галкином, которая состояла из 231 следователя и такого же числа оперативников из различных частей СССР. Как выяснилось при расследовании Генеральной Прокуратуры СССР, беспорядки стоили жизни 32 человек, 26 из которых были армянами, а 6 азербайджанцами. Согласно вынесенному приговору, 92 человек были приговорены к длительному тюремному заключению, один из которых был приговорен к смертной казни.

Однако, расследование, проведенное Генеральной Прокуратурой СССР, выявило, и суд вынес приговор только лишь части участников беспорядков. В результате давления со стороны политического руководства СССР и Комитета государственной безопасности СССР расследование не было доведено до логического конца, его организаторы и заказчики не были идентифицированы.

Для выявления истинной сущности этого преступления, которое Генеральная Прокуратура СССР обошла молчанием, как проявление сильной политической воли Азербайджана, по поручению Президента Азербайджанской Республики Ильхама Алиева, и решением Генерального прокурора Азербайджанской Республики от 19 марта 2010 года, в связи с массовыми беспорядками, и пятью приостановленными уголовными делами Генеральной Прокуратуры СССР, было решено их возобновить, объединив в одно уголовное дело, и поручить расследование следственной группе, учрежденной первым заместителем Генерального прокурора, состоящей из следователей и оперативников Прокуратуры, Министерства Внутренних Дел и Государственной Службы Безопасности.

Оценка и анализ многочисленных материалов, собранных этим следствием подтвердил, что беспорядки в Сумгаите были провокацией против Азербайджана, организованной армянскими спецслужбами и Комитетом Государственной Безопасности СССР. Армянские идеологи и поддерживающие их представители высших эшелонов власти СССР, понимали всю несостоятельность незаконного отделения Нагорного Карабаха от Азербайджана на основе Советской Конституции. Поэтому прибегли к провокациям и осуществлению полной этнической чистки азербайджанского населения Армении и дискредитации Азербайджана, оправдывая свои действия идеей якобы «невозможностью дальнейшего совместного сосуществования» армян и азербайджанцев.

Осуществление Службами Госбезопасности СССР этой провокации, было обусловлено намерением усилить напряжение в советской периферии, и прекратить их интенсивные центробежные устремления, оправдать дальнейшие репрессивные методы и продемонстрировать, что: «Советские Республики не смогут выжить в одиночку без сильной централизованной власти СССР». Подобные беспорядки и провокации имели место в Оше (Кыргызстан), Фергане (Узбекистан), Тбилиси (Грузия), Вильнюсе (Литва) и в других Республиках Советского Союза.

Несмотря на то, что накануне и во время беспорядков в самом Сумгаите и вокруг города было достаточно личного состава и техники Внутренних войск МВД СССР и Министерства Обороны. Однако с их стороны не было предпринято никаких превентивных мер, чтобы взять ситуацию под контроль.

Нападения на квартиры и другие жестокие действия проводились в соответствии с заранее подготовленным планом и списком армян жителей Сумгаита, под руководством и командованием Эдуарда Григоряна, ранее неоднократно судимого, тоже армянина и жителя Сумгаита. Армяне, которые подверглись нападениям, были те, кто отказывался выплачивать пожертвования тайным армянским организациям "Крунк" и "Карабах".

Отличившийся особой жестокостью по отношению к армянам во время массовых беспорядков Э.Григорян, был опознан и осужден в деле сестер Меджлумян, которых он же изнасиловал. Э. Григорян был приговорен судом к тюремному заключению. После развала СССР он был переведен в тюрьму в Армении, и при подозрительных обстоятельствах был немедленно освобожден.

Согласно текущему расследованию он обвиняется в преднамеренном убийстве при отягчающих обстоятельствах, групповом изнасиловании и других тяжких преступлениях, по решению суда в отношении его была выбрана мера пресечения в виде ареста, он был объявлен в розыск в Интерпол. Его нынешний адрес был идентифицирован оперативными средствами и поставлен в известность общественности. Однако Э.Григорян, находящийся под опекой разведывательных служб Армении, проживает свою жизнь на свободе в третьей стране.

Следственные материалы, в очередной раз, продемонстрировали, что если бы не гуманизм и смелость азербайджанского населения Сумгаита, масштабы беспорядков были бы большими в соответствии с планами организаторов этой провокации. Армянские очевидцы свидетельствуют о том, что десятки армян были спасены и защищены азербайджанскими семьями во время беспорядков.

Несмотря на особый надзор и цензуру фото-видео материалов в советскую эпоху, съемка и фотографирование событий осуществлялись с предварительно установленным регистрирующим оборудованием и эти материалы сразу же были вывезены из территории СССР. Позже эти фото и видео материалы широко использовались и распространялись армянскими лоббистскими организациями как часть антиазербайджанской пропаганды.

Хотя, события в Сумгаите используются Арменией и ее лоббистскими организациями как преднамеренная пропаганда и дезинформация против Азербайджана, благодаря мерам, предпринятым Азербайджанским Государством, объективным и фактическим следственным материалам, неопровержимыми и многочисленными фактами было доказано, что эти беспорядки были реализованы армянскими националистами и их покровителями, которые совершались ради достижения своих коварных целей.

В настоящее время для выявления и судебного наказания для всех организаторов и исполнителей массовых беспорядков в Сумгаите, и поддерживающих их сил, следственные группы продолжают проводить комплексные следственно - оперативные действия.

Более подробную информацию о событиях в Сумгаите можно найти по этим ссылкам:

http://www.mfa.gov.az/files/file/Sumgayit_events.pdf 

http://www.prokurorluq.gov.az/sumqayit/index.php 


http://www.prokurorluq.gov.az/sumqayit/index.php


Full video of the joint press conference can be obtained from the following link.