Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2017-12-31
Zaqatala rayon prokurorluğu və rayon polis Şöbəsinin M Ə L U M A T I

Dekabrın 31-də saat 14 radələrində Zaqatala şəhəri, H.Zeynalabdin Tağıyev küçəsi, ev 2, mənzil 14-də 1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızının meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Həmin məlumat əsasında rayon prokurorluğu, rayon Polis Şöbəsi və "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala rayon Qaz İstismar Sahəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirilmişdir.

İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, meyitlərin aşkar olunduğu mənzil bir otaq,  mətbəx və bir hamam otağından ibarətdir və mənzil kustar üsulla çuqun materialdan hazırlanmaqla rezin boru ilə qaz xəttinə birləşdirilmiş soba ilə qızdırılır.

Araşdırma ilə həmçinin müəyyən edilmişdir ki, dekabrın 31-də saat 13 radələrində Nuranə Muxtarlının keçmiş əri İlqar Məmmədov “Yeni il” bayramı münasibəti ilə uşaqlarına aldığı hədiyyələri vermək üçün onların yaşadığı həmin ünvana gələrək qapını döysə də açan olmamışdır. Hamamdan su səsinin gəldiyini eşidib evə gedən su kranını girişdən bağlamış və bundan sonra qapını yenidən döyərkən içəridə olan azyaşlı oğlu Altun Məmmədzadə qapını açmışdır. İ.Məmmədov mənzilə daxil olduqda Nuranənin meyitini hamam otağında, qızı Nilayın və qaynı qızı Fatimənin meyitlərinin isə yataq otağında çarpayının üzərində aşkar etmiş və dərhal qonşuları köməyə çağırmışdır.

 Meyitlər məhkəmə-tibb ekspertizasından keçirilərkən dəm qazı və qida zəhərlənməsi ehtimalı nəzərə alınmaqla nümünələr götürülmüşdür.

 Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

 Hazırda iş üzrə ölümün dəm qazından və qida zəhərlənməsindən baş verməsi fərziyyələri ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.