Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2017-11-20
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Noyabrın 15-dən 17-dək Koreya Respublikasının paytaxtı Seul şəhərində Asiya İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Korrupsiyaya qarşı Mübarizə Təşəbbüsü üzrə 9-cu Regional Konfransı keçirilmişdir.

“Asiya-Sakit Okean Regionunda korrupsiyaya qarşı mübarizə mədəniyyətinin artırılması” mövzusunda keçirilən konfransda dünyanın 31 ölkəsini təmsil edən 350 nümayəndə o, cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə orqanlarının və qeyri hökumət təşkilatlarının, habelə nüfuzlu beynəlxalq təşkilatlarının rəhbər vəzifəli şəxsləri iştirak etmişdir.  

Tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov təmsil etmişdir. 

 Koreya Respublikasının Baş naziri cənab Li Nak-yonn və digər ali hökumət nümayəndələrinin iştirakçıları salamlaması ilə öz işinə başlayan konfransda Asiya-Sakit Okean regionunda korrupsiyaya qarşı mübarizə strategiyalarının inkişafı, bu sahədə əldə olunan nailiyyətlər və mövcud çətinliklər, yüksək korrupsiya riskli sektorlarda bütövlük və antikorrupsiya mədəniyyətinin təşviqi, həmçinin proseslərdə vətəndaş cəmiyyətinin rolunun artırılması  kimi məsələlər müzakirə edilmişdir.

Tədbir çərçivəsində təşkil olunmuş dəyirmi masada çıxış edən H.Məmmədov  korrupsiya qarşı mübarizə, korrupsiya cinayətlərinin qarşısının alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzrə ölkəmizdə aparılan mütərəqqi tədbirlər haqqında sessiya iştirakçılarına ətraflı məlumat verərək, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son dövrlər həyata keçirilən geniş-miqyaslı məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi kimi əldə edilən nailiyyətləri xüsusi vurğulamış, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

Tədbirin sonunda iştirakçılara təqdim edilmiş Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri özündə əks etdirən jurnal, broşür və bukletlər böyük maraqla qarşılanmışdır.