Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-07-31
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı 31.07.2015

İyulun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, 2015-ci ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş və vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini vermişdir. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri  təşkil etmişdir.

2015-ci ilin birinci yarısının Azərbaycanın tarixinə möhtəşəm hadisənin - ilk Avropa Oyunlarının keçirildiyi vaxt kimi daxil olmasını vurğulayan Baş prokuror ölkəmizin belə genişmiqyaslı tədbirə ev sahibliyi etməsini, eyni zamanda idmançılarımızın qazandığı parlaq qələbələri müstəqil Azərbaycan Respublikasının son illərdə əldə etdiyi nailiyyətlərin, sosial-iqtisadi sahədəki müvəffəqiyyətlərin əyani sübutu kimi qiymətləndirərək birinci Avropa Oyunlarının Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən belə mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha təsdiqlədiyini, həmçinin Avropa Oyunlarının beynəlxalq standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fədakar əməyini xüsusi qeyd eymişdir.

Diqqətə çatdırılmışdır ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu  tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuş, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.