Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-08-04
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Xəbər verildiyi kimi avqustun 2-də paytaxtın Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 39 saylı marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı avtobus hərəkətdə olarkən qabaq qapısı açıq olduğundan sərnişin - Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılmışdır. “Kəllə-beyin travması” diaqnozu ilə xəstəxanaya yerləşdirilən X.Sadıxova həmin gün orada vəfat etmişdir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır.

T.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilməklə sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən aidiyyəti şəxslərin hüquqi məsuliyyət məsələsi araşdırılır.