Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-08-10
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulmuşdur

 İctimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində Azərbayсan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən, prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulmuşdur.

Yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.azwww.prosecutor.gov.az,)  və Qəbul otağında yerləşdirilmişdir.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 26 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən 12 avqust 2015-ci il tarixdən Azərbayсan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra növbəlilik qaydasında müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumatı 437-28-56 və 492-62-23 nömrəli telefonlarla almaq olar.

 

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə çərçivəsində

 28 iyul 2015-ci ildə keçirilmiş yazılı imtahanda müvəffəqiyyət

qazanmış namizədlərin

 

SİYAHISI

 

 

Sıra №-si

Soyadı, adı, atasının adı

     1 

Alıyev Namiq Nazim oğlu

 

      2

Cəbrayılov Tərlan Fərhad oğlu

 

     3 

Cəmilli Ramil Nizami oğlu

 

Əliyev Zaur Vaqif oğlu

 

Əlləzov Dilqəm Umud oğlu

 

6

Fərəməzov Tural Turab oğlu

 

7

Həmidov Qüdrət Ənvər oğlu

 

Həsənova Günay İbrahim qızı

 

9

Hüseynli Qədimalı Muxtar oğlu

 

10

İsayeva Gülər Əlhəsən qızı

 

11

Lalayev Rəmzi Mikayıl oğlu

 

12

Mahmudlu İslam Zakir oğlu

 

13

Mehtiyev Şahin Əhməd oğlu

 

14

Məmmədov Rəşad Namiq oğlu

 

15

Məmmədova Günel Ağabala qızı

 

16

Məmmədyarov Təbriz Hüseyn oğlu

 

17

Muradov Sultan Elmin oğlu

 

18

Musayev Sabir Elşən oğlu

 

19

Musayev Vasif Vaqif oğlu

 

20

Paşazadə Elmir Hikmət oğlu

 

21

Rüstəmli Zəka Rövşən oğlu

 

22

Sadıqov Mirlətif Süleyman oğlu

 

23

Süleymanova Aytən Afiq qızı

 

24

Şahmirzəli Elvin Fikrət oğlu

 

 

Yaqubov Tural Qaraxan oğlu

 

26

Zeynalov Kənan Fikrət oğlu