Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2017-08-16
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun M Ə L U M A T I

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdir.

Belə ki, avqustun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 1968-ci il təvəllüdlü Qurbanov Vaqif  Əsədulla oğlunun idarə etdiyi “London Taxi” markalı 10-TH-387 dövlət nömrə nişanlı avtomobillə İran İslam Respublikasının vətəndaşı Heydəri Həsən Vali oğlunun idarə etdiyi “OKA” markalı 10-NX-581 dövlət nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi və V.Qurbanovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin  263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində  V.Qurbanov tutularaq istintaqa cəlb edilmişdir.

      V.Qurbanovun avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyindən onun əməli Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma)  maddələrinə tövsif edilmişdir.

V.Qurbanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.