Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-09-04
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

Bəzi kütləvi informasiya vasitələrində Göyçay rayon sakini Ruhiyyə İbadovanın bu gün saat 09:49-da respublikanın şimal rayonlarında baş verən zəlzələ zamanı qorxaraq özünü su quyusuna atıb orada ölməsi barədə informasiyalar dərc edilmişdir.

Bununla əlaqədar bildiririk ki, sentyabrın 4-də  saat 10:55-də Göyçay rayon prokurorluğuna rayonun Məlikkənd kəndində yaşamış 1987-ci il təvəllüdlü Ruhiyyə İbadovanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Polis Şöbəsindən daxil olmuş məlumatla əlaqədar hadisə yerinə baxış keçirilmiş, meyitin müayinəsi aparılmış, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri prossesual hərəkətlər yerinə yetirilmişdir.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, R.İbadova həmin gün saat 10 radələrində həyətyanı sahəsini suvarmaq məqsədi ilə yaşadığı evin yaxınlığından keçən arxın içərisinə quraşdırılmış mühərriki işə salan zaman ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində 20 sm dərinliyində olan həmin arxa yıxılaraq orada vəfat etmişdir.

Faktla bağlı rayon prokurorluğunda müvafiq  araşdırmalar davam etdirilir və hadisənin zəlzələ ilə əlaqəli olması xüsusatları araşdırılır.