Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-09-20
Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin məlumatı

Sentyabrın 20-də saat 02 radələrində Sumqayıtdakı "Şəfa" sanatoriyasının yataqxanasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb.   

Həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürüb və təcili yardım çağırıblar.

M.Süleymanov yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsinə baxmayaraq, saat 15 radələrində dünyasını dəyişib.

Hazırda faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə araşdırmalar davam etdirilir.