Sayt üzrə axtarış













Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2017-02-09
Azərbaycan Respubilkası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respubilkası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 15 dekabr 2016-cı il tarixdə Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minsk şəhərində saxlanılaraq, 7 fevral 2017-ci il tarixdə Azərbaycan Respubilkasına ekstradisiya olunmuşdur.

Təqsirləndirilən şəxs A.Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasına ekstradisiya olunduqdan dərhal sonra, 8 fevral 2017-ci il tarixdə Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə rəsmi məlumatlar təqdim olunmuşdur.

8 fevral  2017-ci il tarixdə cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada təqsirləndirilən şəxs A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilmiş, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilmişdir.

A.Lapşin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilmiş və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patalogiya aşkar edilməmişdir.

Konsulluq əlaqələrinə dair Vyana konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti ilə əlaqədar 9 fevral 2017-ci il tarixdə təqsirləndirilən şəxs A.Lapşinin səfirlik əməkdaşları ilə görüşü təmin edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.