Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2017-01-07
Bakı şəhər prokurorluğunun məlumat

Yanvarın 7-də "İraq Hava Yolları" aviaşirkətinin paytaxtın Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı nümayəndəliyində sürücü vəzifəsində işləyən 1987-ci il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu şirkətin satış üzrə meneceri 1993-cü il təvəllüdlü Ağaəli Əli Vahid oğlu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus "Vinçester" markalı ov tüfəngi ilə Ə.Ağaəlinin bədəninin müxtəlif nahiyələrinə 5 dəfə atəş açaraq onu qəsdən öldürmüşdür.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Rayon prokurorluğu və polis idarəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır.

E.Bəşirov  rayon polis idarəsinə könüllü gələrək  törətdiyi cinayəti etiraf etmiş və cinayətin aləti olan ov tüfəngini təqdim etmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.