Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-10-05
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılmışdır.

Belə ki, okyabrın 4-də saat 19 radələrində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü Zakir Məcidovun yaşadığı qəsəbədəki icarəyə götürdüyü mağazada odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Rayon prokurorluğu və polis idarəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır.

Peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rauf Cəbrayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunmuşdur. R.Cəbrayılov cinayətin aləti olan tüfəngi könüllü olaraq istintaqa təhvil vermişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.