Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-07-25
Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan vətəndaşların nəzərinə

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyulun 29-da saat 09:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şəmkir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və ya contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.