Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-07-15
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

İyulun 15-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 3 şəxsin - 35-40 yaşlarında şəxsiyyəti hələlik istintaqa məlum olmayan qadın və onun 3 və 5 yaşlarında olan övladlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.

İlkin araşdırmalarla hadisənin 1989-cu il təvəllüdlü Orxan Heydərov tərəfindən idarə etdiyi “Chevrolet” markalı, 10 PV 731 dövlət nömrə nişanlı avtomobillə törədilməsində  əsaslı şübhələr olduğundan  faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

O. Heydərov həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.