Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-05-11
Gəncə şəhəri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il mayın 20-də saat 11:00-da Goranboy rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalırayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Vətəndaşların qeydiyyatı və Goranboy şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.