Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-12-23
Bakı şəhər prokurorluğunun məlumatı

Dekabrın 23-də saat 08:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Yeni inşaat” MTK-ya məxsus yaşayış binasının liftində yaranmış nasazlıqla əlaqədar 13-cü mərtəbədən şaxtaya düşməsi nəticəsində liftdə olan binanın 9 sakinindən Camal Abışov, Günay Abışova, Nəzrin Məmmədova, Humay Əfəndiyeva, Xalıq Məmmədov, Niyaz Məmmədov və Oruc Baxşəliyevin müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

Zərərçəkmiş şəxslərdən X.Məmmədov, N.Məmmədov və O.Baxşəliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış, digərlərinin isə müalicəsi davam etdirilir.

Prokurorluq və polis orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin və “Baklifttəmir” İstehsalat Birliyinin mütəxəsislərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.

Cinayət işinin istintaqı nəzarətə götürülməklə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.