Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-03-28
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağından 2016-cı ilin mart ayının əvvəllərində Binəqədi rayonu ərazisində telefon kabellərinin oğurlanması barədə daxil olmuş müraciət əsasında fakta görə rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon sakini, 1994-cü il təvəllüdlü Abbas Əliyev martın 23-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, A.Əliyev Binəqədi rayonunun eyniadlı qəsəbəsində mart ayında ayrı-ayrı vaxtlarda ümumilikdə 525 metr telefon kabellərini dirəklərdən kəsib yaşadığı evin həyətinə gətirmişdir. Sonra həmin kabelləri yaşadığı evin həyətyanı sahəsində yandırıb içərisində olan əlvan metalı çıxararaq Binəqədi rayonunda yerləşən “Elite Yatırım” MMC-nin nəzdində fəaliyyət göstərən Faiq Rəhimova məxsus əlvan metal qəbulu məntəqəsinə və “Bakı Mis İstehsalı” MMC-nin Xirdalan qəsəbəsində yerləşən məntəqənin işçisi Qorxmaz Davudova satmışdır.

A.Əliyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 110 metr optik tipli kabel aşkar edilərək götürülmüşdür.

Həmin şəxslər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə A.Əliyevə Cinayət Məcəlləsinin 177.3.2-ci, F.Rəhimov və Q.Davudova isə həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.