Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-03-25
Sumqayıt şəhər Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Sumqayıt şəhər Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılmışdır.

Belə ki, martın 22-də saat 01 radələrində Məmmədov Namiq Əlibaba oğlunun Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilmişdir. Həmin fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Atamalıyev Babək Teymur oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunmuşdur. B.Atamalıyevə həmin maddə ilə ittiham elan edilməklə barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.