Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-03-25
Gəncə şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Martın 24-də Göygöl rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədəliyev Nəzər Tofiq oğlunun özünü yandırması faktına görə Gəncə şəhər Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

Gəncə şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşları tərəfindən aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, martın 24-də saat 21:30 radələrində N. Məmmədəliyev idarə etdiyi “VAZ-2102” markalı 22 BB 116 dövlət qeydiyyat nişanlı avtomobili ilə "dayanma, keçmə qadağandır" yol nişanının tələbini pozduğuna görə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. N.Məmmədəliyevin sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən edildiyindən o, Gəncə rayonlararası narkoloji dispanserinə aparılaraq orada müayinədən keçirilmişdir. Müayinədən sonra onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyənləşdirilmiş və idarə etdiyi avtomobil Gəncə Dövlət Yol Polisi Şöbəsinin cərimə meydançasına aparılmışdır. Bundan sonra N.Məmmədəliyev əşyalarını götürmək adı ilə maşına yaxınlaşmış və avtomobilin salonundan plastik qabda olan yandırıcı məhlulu götürüb və üzərinə tökərək özünü yandırmışdır. Orada olan polis əməkdaşlarının səyi ilə yanğın dərhal söndürülmüş və N.Məmmədəliyev Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.