Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-02-29
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Fevralın 27-də saat 16:30 radələrində Sumqayıt şəhər sakini Orxan Novruzov idarə etdiyi “Daewoo” markalı, 10 TC 493 dövlət qeydiyyat nişanlı avtobusla paytaxtın Parlament prospektində hərəkətdə olarkən piyadalar - Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Səadət Hüseynova və onun 2000-ci il təvəllüdlü qızı Nuranə Hüseynovanı vurmuş, nəticədə S.Hüseynova aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat etmiş, N. Hüseynovanın müalicəsi isə davam etdirilir.

Faktla bağlı  Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla yol nəqliyyat hadisəsinin O.Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq   istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.