Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-02-24
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

     Fevralın 24-də paytyaxtın Nizami rayonu ərazisində Anar İsmayılovun idarə etdiyi “İsuzu” markalı, 10 TC 962 dövlət qeydiyyat nişanlı 62 saylı marşrut xəttində işləyən avtobus işıqforun qadağanedici siqnalında hərəkətdə olarkən Rəfael Musayevin idarə etdiyi “Daewoo” markalı 90 HS 692 dövlət qeydiyyat nişanlı 36 saylı marşrut xəttində işləyən avtobusla toqquşmuşdur. Hadisə nəticəsində “İsuzu” markalı avtobusun sərnişini Nəsirov Asif Yusif oğlu aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişinlərdən 12-si isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilmişdir.  Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.

     Faktla bağlı  Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.

     Aparılmış istintaqla yol nəqliyyat hadisəsinin “İsuzu” markalı avtobusun sürücüsü A.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o tutularaq   istintaqa cəlb olunmuşdur.

     Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.