Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-01-17
Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun məlumatı

Yanvarın 15-də Quba rayonunda fəaliyyət göstərən istirahət mərkəzlərindən birində üzərində xəsarətlər olan 35-40 yaşlarında naməlum qadın meyitinin aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, dərhal hadisə yerinə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilmişdir.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova olması müəyyən edilmişdir.

Cinayətin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.