Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-02-19
Azərbaycan Respublikası Baş Prokurorluğu mətbuat xidmətinin məlumatı

Korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, dövlətimizin həmişə diqqət mərkəzində olmaqla bu sahədə ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir.

Ölkəmizin davamlı inkişafını təmin etməklə düzgün, çevik və praqmatik iqtisadi siyasət həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ərzində ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərlə yanaşı, 22 iyun 2009-cu il tarixdə “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərman imzalamışdır. Ölkənin ali rəhbərliyi səviyyəsində korrupsiyaya qarşı aparılan mübarizənin növbəti pilləsini – onun tam aradan qaldırılması üçün daha sərt və qətiyyətli addımların atılması mərhələsini ifadə edən bu Fərmanla dövlət qurumları qarşısında yeni vəzifələr müəyyyənləşdirilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulmuşdur.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası tərəfindən bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyəti uğurla əlaqələndrilərək məhsuldar əməkdaşlığa nail olunmuşdur. Keçirilmiş monitorinqlər, müvafiq tövsiyələr beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və vətəndaş çəmiyyəti institutları ilə birlikdə aparılmış sorğular, təhlillər, maarıfləndirmə mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürünə qarşı mübarizə işinə dövlət qurumları və ictimaiyyəti düzgün istiqamətləndirməklə uğurlu nəticələrə gətirib çıxarmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 22 iyun 2009-cu il tarixli Fərmandan irəli gələn və 28 iyul 2007-ci il tarixli sərəncamla ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Milli Fəaliyyət Planı”nında nəzərdə turtulmuş korrupsiya hüquqpozmalarına qarşı mübarizədə cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi barədə tələblərini rəbhər tutan korrupsiya cinayətlərinin araşdırılması və istintaqı sahəsində ixtisaslaşmış cinayət təqibi orqanı olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2009-cu il ərzində mütəşəkkil cinayətkarlığın korrupsiya kimi təhlükəli təzahürünə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlər həyata keçirilmişdir.

Fərmanla üzərlərinə qoyulmuş vəzifələrin və dövlət başçısı tərəfindən göstərilən yüksək etmadın məsuliyyətini dərk edən dövlət orqanları bu sahədə görülən işlərin kəsərliliyini artırmış, səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı müvafiq daxili təhlükəsizlik qurumları vasitəsilə aşkar edilmiş cinayət əlamətləri olan korrupsiya hüququpozmaları və idarədaxili audit materiallarını hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilməsini təmin etmişlər.

Eyni zamanda “Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanında prokurorluğa ünvanlanmış tövsiyələrdən irəli gələn vəzifələrin icrasına dair”, habelə “Korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirlərinə prokuror nəzarətinin həyata keçirilməsi haqqında” Baş Prokurorluq üzrə əmrlərin Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmış cinayət xarakterli materialların və cinayət işlərinin sayının nəzərəçarpacaq dərəcədə artmasına müsbət təsiri olmuşdur.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar həyata keçirilmiş tədbirlərin səmərəliliyinin göstəricisi kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2009-cu ildə 176 şəxs barəsində 103 cinayət işinin (2008-ci ildə 121 şəxs barəsində 70 cinayət işinin) istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş cinayət işləri ilə yanaşı vətəndaşlar tərəfindən idarəyə ünvanlanmış müraciətlərin də sayının əhəmiyyətli şəkildə artması korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə istiqamətlənmiş Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Fərmanının səmərəli tətbiqi və dövlət orqanlarına əhalinin etimadının atrması və möhkəmləndirilməsinin bariz nümunəsi kimi təzahür etmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi bundan sonra da ölkəmizdə korrupsiyaya qarşı möhkəm təməl üzərində qurulmuş mübarizə strategiyasına öz töhvəsini verəcək, bu sahədə üzərinə düşən vəzifələri dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə yerinə yetirmək istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir.