Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-02-22
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatı

Fevralın 20-də saat 7-30 radələrində Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayevin naməlum şəxs tərəfindən “Makarov” tipli tapança ilə qəsdən öldürülməsi, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirilməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5 (tamah məqsədi ilə adam öldürməyə cəhd), 29, 120.2.7 (İki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə başlanmış cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun icraatına götürülmüş və hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.