Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-02-26
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə və Baş Prokurorluq üzrə müvafiq Qaydalara uyğun olaraq Azərbaycan Respublikası prokurorluq orqanlarına işə qəbul olunmaq üçün 80 ştat vahidi üzrə elan edilmiş müsabiqənin ikinci mərhələsinə yekun vurulmuşdur.

Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət əldə etmiş 96 namizəd Qaydaların 7.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Tibb idarəsində 01 mart 2010-cu il tarixdən şəxsiyyət vəsiqəsini təqdim edərək tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az) və Qəbul otağındakı lövhədə yerləşdirilmişdir.

Müsahibə mərhələsi 2010-cu il mart ayının 09-dan başlayaraq Baş Prokurorluğun inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi,7). Namizədlər həmin gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər.

Namizədlər şəxsiyyət vəsiqəsini təqdim etməklə müsahibədə iştirak etməlidirlər.

Əlavə məlumatı 492-62-23, 492-63-62, 492-74-32 və 437-28-56 nömrəli telefonlarla almaq olar.