Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-03-16
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq ucun namizədlərlə musabiqə kecirilməsi qaydaları haqqında» Əsasnaməyə muvafiq olaraq prokurorluq orqanlarına  işə qəbul olunmaq istəyən şəxslər ucun 80 ştat vahidi uzrə elan olunmuş musabiqəyə yekun vurulmuşdur.

Musabiqənin sonuncu mərhələsinə buraxılmış 96, habelə 2007-ci ildə kecirilmiş musabiqənin test imtahanı mərhələsində muvəffəqiyyət qazanmış və qanunvericiliyə muvafiq olaraq muddətli həqiqi hərbi xidmətə cağırılaraq xidmətini başa vurduqdan sonra bu mərhələdə iştirak edən digər 3 namizədin hazırlıq səviyyəsini, dunyagoruşunu, məntiqi duşunmə qabiliyyətini, prokurorluqda işləmək ucun zəruri olan digər şəxsi keyfiyyətlərini muəyyən etmək məqsədilə 2010-cu il mart ayının 9-dan 16-dək Baş Prokurorluğun Musabiqə komissiyası tərəfindən onlarla musahibə kecirilmişdir.

Musabiqənin nəticələrinə gorə 80 gənc huquqşunas «Prokurorluğa işə qəbul olunmaq ucun namizədlərlə musabiqə kecirilməsi Qaydaları» ilə muəyyənləşdirilmiş kecid balını toplamışlar. Qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən həmin namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək, təlimi muvəffəqiyyətlə bitirdikdən və peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə aldıqdan sonra muvafiq vakant ştat vahidlərinə təyin olunacaqlar.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş musabiqədən muvəffəqiyyətlə kecmiş şəxslərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az ) və “Qəbul otağı”ndakı lovhədə yerləşdirilmişdir.