Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-05-29
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatı

2010-cu il mayın 28-də Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Tahir Məmmədov Abşeron RPŞ-yə gələrək bir gün əvvəl – mayın 27-də Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən “Holland-Aktiv” şirkətinin müdiri Nasir adlı şəxsi qətlə yetirdiyi barədə məlumat vermişdir.

Bununla əlaqədar yaradılmış istintaq-əməliyyat qrupu dərhal hadisə yerinə çıxmış və orada yandırılmış cəsəd aşkar edilmişdir.

Araşdırmalarla müəyyən olunmuşdur ki, avtomaşınların işlənmiş ehtiyat hissələrinin satışı ilə məşğul olan həmin şirkətdə bənna işləyən Tahir Məmmədov sərxoş halda, münaqişə zəminində yaranmış mübahisə zamanı şirkətin rəhbəri, İran vətəndaşı Nasir Paşayini balta ilə qətlə yetirərək meyidini yandırmışdır.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.