Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-07-06
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətlərinin birgə məlumatı

2010-cu il iyulun 6-da saat 11.00 radələrində Tərtər şəhərində bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən qarşıdurma baş vermişdir. Nəticədə hər iki tərəfdən bədən xəsarəti alan olmuş, o cümlədən dörd yerli sakin rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Qarşıdurma zamanı bir neçə ticarət və iaşə obyektinə ziyan dəymişdir.

Görülmüş operativ tədbirlərlə ictimai qayda bərpa olunmuşdur. Xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşı yüngül xəsarət almışdır.
Fakt üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Qarşıdurmanın səbəblərinin yerində araşdırılması və gələcəkdə təkrarlanmaması üçün adekvat tədbirlərin görülməsi məqsədilə rayona Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət qrup ezam olunmuşdur.