Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-10-16
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin məlumatı

     2010-cu il oktyabrın 15-də  saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilmişdir.

     Bakı şəhər prokurorluğu, şəhər Baş Polis İdarəsi əməkdaşlarının və  məhkəmə-tibb ekspetinin  iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüşdür.

     Faktla bağlı Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin rəyi ilə mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və diğər nahiyələrində qançırlar aşkarlanmış, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilmişdir.

     Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Xalidə Balabəy qızı Əhmədova tutularaq istintaqa təqdim edilmişdir.

     Onun yaşadığı ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun  mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülmüşdür.

     Hazırda iş üzrə istintaq Bakı şəhər prokurorluğunda davam etdirilir.