Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-11-19
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin məlumatı

    2010-cu  il noyabrın 18-də saat 17:00 radələrində Lənkəran şəhər rayon Polis Şöbəsinin sahə inspektoru Rufulla  Nuriyev  və əməliyyat müvəkkili  Elman Fərəcov şəhər sakini Sücayət Quliyevin narkotik vasitə satması barədə  Polis Şöbəsinə daxil olmuş əməliyyat  məlumatı əsasında onun yaşadığı ünvanda olmuşlar. Şəhər sakini Kənan İsmayılovun həmin evin həyətindən çıxmasını görən polis əməkdaşları sonuncuya yaxınlaşaraq hansı məqsədlə oraya gəlməsini soruşmuşlar. Bu zaman evin yaxınlığında dayanmış Kənan  İsmayılova məxsus "VAZ 2106" markalı avtomaşında olan  Etibar Babayev polis əməkdaşlarına yaxınlaşaraq onları təhqir etmiş, özündə olan bıçaqla  Elman Fərəcovu  vurmağa cəhd göstərmişdir. Rufulla  Nuriyev  hadisənin qarşısını almaq istərkən Etibar Babayev bıçaqla onun qarın nahiyəsinə  vuraraq  həyat və sağlamlığı  üçün ağır xəsarət yetirmişdir. Polis sahə inspektoru dərhal xəstəxanaya  yerləşdirilmiş və həkimlərin səyi nəticəsində  həyatı  xilas olunmuşdur.

    Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

    Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Etibar Babayev noyabrın 19-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.