Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-01-07
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

    Cari il yanvarın 7-də Azərbaycan Respublikası Baş Prokurorluğunda 2010-cu hesabat ilində prokurorluğun Mərkəzi Aparatı tərəfindən görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi  keçirilmişdir.

    Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov  xüsusi olaraq vurğulamışdır ki, 2010-cu il xalqımız üçün çox uğurlu bir tarix olmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi və demokratik dövlət quruculuğu prosesləri yeni müstəviyə qaldırılmaqla, dünya birliyinə  inteqrasiya prosesləri dönməz xarakter almışdır. Dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa ünvanlanan müraciətində də qeyd olunduğu kimi, dünyada iqtisadi və maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycan qarşısında duran bütün vəzifələri şərəflə yerinə yetirməklə iqtisadiyyatın, əhalinin pul gəlirlərinin  əhəmiyyətli artımına nail olunmuş, mühüm infrastruktur layihələrinin reallaşdırılmasına, ölkəmizin dünyada reytinqinin yüksəlməsi və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən hərtərəfli dəstəklənməsi ilə nəticələnən makroiqtisadi göstəricilərə nail olunmuşdur.

    Azərbaycanda demokratiyanın hərtərəfli inkişafı yolunda böyük və uğurlu addımlar atılmaqla, 2010-cu ildə tam şəffaf və ədalətli şəkildə parlament seçkilərinin keçirilməsi, xalqın iradəsinə uyğun olaraq yeni tərkibdə Milli Məclisin formalaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılmışdır.

    2010-cu ilin Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də  uğurlu hesabat dövrü olduğunu bildirən Baş prokuror prokurorluq orqanlarının səylərinin, ilk növbədə, Dövlət başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın müəyyən edilmiş müddətlər ərzində keyfiyyətli icrasına, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldiyini göstərmişdir.

    Digər hüquq mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsində 2010-cu il ərzində cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görüldüyü, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində zəruri tədbirlər davam etdirilməklə, 80 ştat vahidi üzrə elan edilmiş müsabiqənin başa çatdırıldığı və Ədliyyə Akademiyasında icbari təhsil alan həmin gənclərin 2010-cu ilin aprel ayında tabe qurumlara təyinatlarının  aparıldığı barədə məlumat verilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nda nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində görülən tədbirlər nəticəsində prokurorluq sistemində işçilərin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması və artırılması işinin yeni müstəvidə təşkilini təmin etməyə qadir olan Elm-Tədris Mərkəzinin yaradılması və normal fəaliyyəti üçün zəruri tədbirlərin görülməsi, Baş Prokurorluğun strukturunda yeni məzmunda Hüquqi təminat və informasiya idarəsi təşkil olunmaqla prokurorluq orqanlarında yeni informasiya texnologiyaların tətbiqi sahəsində yeni imkanların yaradılması, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərkibində kriminalistika xidmətinin yeni strukturunun formalaşdırılması, Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə idarələrdə struktur dəyişikliklərinin həyata keçirilməsi təmin olunmuşdur.

    Hesabat dövründə yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlər sırasında Elm-Tədris Mərkəzi tərəfindən «İmtahan» informasiya sistemində test üsulu ilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılmasına başlanmasının əhəmiyyəti qeyd edilmiş və bu prosedurun prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin əhəmiyyətli dərəcədə artırılması üçün möhkəm stimul yaratdığı diqqətə çatdırılmışdır.

    Prokurorluğun istintaq fəaliyyətinin daha da təkmilləşdirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, dövlət ittihamının müdafiəsi sahəsində işin yenidən təşkili ilə əlaqədar görülmüş işlər, «Prokurorluq haqqında» Qanunla müəyyənləşdirilmiş digər fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, prokurorluğun fəaliyyətində aşkarlığın təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər də öz nəticələrini vermişdir.

    Baş prokuror Zakir Qaralovun məruzəsində 2011-ci ildə prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə də ətraflı məlumat verilməklə, ilk növbədə, «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın icrasının sonuncu ili olan 2011-ci il üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində təşkilati işlərin eyni intensivliklə davam etdirilməsi, mərkəzləşdirilmiş informasiya kommunikasiya sisteminin yaradılması və xidməti sənədlərin elektron dövriyyəsini təmin edəcək şəbəkənin formalaşdırılması işinin yekunlaşdırılması, prokurorluq orqanlarında işin təşkili və icraya nəzarətin, habelə tabe struktur qurumların fəaliyyətinin qiymətləndirilməsi meyrlarının təkmilləşdirilməsi, prokurorluq işçilərinin peşə hazırlığı və ixtisasartırma işinin yenidən təşkili, prokurorluğun beynəlxalq əlaqələrinin səmərəliliyinin artırılması və beynəlxalq əlaqələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələləri tənzimləyən normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi istiqamətində əlaqədar qurumlar tərəfindən müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verlmişdir.

    Prokurorluq orqanlarının fəaliyyətində işin səmərəliliyinə təsirini göstərən bir sıra çatışmazlıqların tam aradan qaldırılmadığı bildirilməklə, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin, dövlət ittihamının müdafiəsi üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, bu sahədə işlərin təşkilinə görə məsul olan əməkdaşların məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsi qarşıda duran əsas vəzifələr kimi müəyyənləşdirilmişdir.

    Eyni zamanda, əməliyyat müşavirəsində 2011-ci ildə korrupsiya cinayətlərinə qarşı səmərəli mübarizənin təşkili və «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında» Dövlət başçısının 22 iyun 2009-cu il tarixli Fərmanının və bu barədə Baş Prokurorluq üzrə müvafiq əmrin səmərəli icrasının təmin olunması, yaranmış vakansiyalara təyinatların aparılması yolu ilə kadr tərkibinin gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə 2011-ci ildə 100 ştat vahidi üzrə elan edilmiş qulluğa qəbulun mütəşəkkil şəkildə həyata keçirilməsi, 2010-cu ilin yekunlarının təsdiq edilmiş qrafikə uyğun olaraq Baş Prokurorluğun struktur qurumlarında müzakirələrinin aparılması, Baş Prokurorluğun geniş Kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar zəruri təşkilati tədbirlərin görülməsi barədə konkret göstərişlər verilmişdir.

    Əməliyyat müşavirəsində Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən 2010-cu ildə cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov tərəfindən 2011-cu ilin birinci yarımili üçün Baş Prokurorluğun iş planı barədə məlumatlar verilmişdir.