Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-01-11
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

    Yanvarın 11-də saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 72, mənzil 34-də yaşayan Mehrəliyev Rövşən  Qəribxan oğlu öz anası-1950-ci ildə anadan olmuş Mehrəliyeva Elmira Sərafəddin qızını, arvadı - 1978-ci ildə anadan olmuş Mehrəliyeva Lalə Qədim qızını və iki uşağı- 2004-cü ildə anadan olmuş Səidə Mehrəliyevanı və 2006-cı ildə anadan olmuş İlham Mehrəliyevi bıçaqla qəsdən öldürmüşdür. Rövşən Mehrəliyev daha sonra özünə də bıçaqla xəsarət yetirmiş və o, "Azərsu" Səhmdar Cəmiyyətinin  xəstəxanasına yerləşdirilmişdir.

    İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Rövşən Mehrəliyev 1973-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsillidir. Son vaxtlar psixi gərginlik halını keçirməklə onda özünə qapanma, çılğınlıq müşahidə olunmaqla yanaşı, arvadı ilə mütəmadi mübahisələri olmuşdur.

    Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə cinayət işi başlanmış və hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.