Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-01-18
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin məlumatı

    2011-ci il yanvarın 12-də Sabirabad şəhər sakini, 1928-ci ildə anadan olmuş Xalidə Həsən qızı Güləliyevanın və onun qızı, 1956-cı il təvəllüdlü Əzizbəyimin yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar olunması barədə rayon Polis Şöbəsindən daxil olmuş  məlumat əsasında həmin fakt üzrə Sabirabad rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

 

    Cinayəti törətmiş şəxsin müəyyən edilməsi üçün dərhal istintaq-əməliyyat qrupu yaradılmış, iş üzrə şahidlər dindirilmiş, məhkəmə-tibb, məhkəmə-bioloji ekspertizaları və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

 

    Aparılmış tədbirlərlə cinayət hadisəsinin Xalidə Güləliyevanın oğlu - 1960-cı ildə Sabirabad şəhərində anadan olmuş Güləliyev Əbülfəz Əli oğlu tərəfindən törədilməsi müəyyən olunmuşdur.  

 

    Toplanmış sübutlar əsasında Əbülfəz Güləliyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir.

 

    Təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində o, yanvarın 17-də Qusar rayonu ərazisində tutulmuşdur.

 

    Hazırda iş üzrə rayon prokurorluğunda istintaq davam etdirilir.