Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-05-02
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

    Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə və Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar namizədlərin sənədlərinin qəbulu cari il aprelin 29-da başa çatmışdır.

 

    Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 454 namizəd üçün test imtahanı 18 may 2011-ci il tarixdə saat 10.00-da başlayaraq 3 saat ərzində Azərbaycan Texniki Universitetinin «İdman Sarayı»nda keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5).

 

    Namizədlər 11 may 2011-ci il tarixdən etibarən sənədlərin qəbulu barədə qəbzi və şəxsiyyət vəsiqəsini təqdim etməklə, test imtahanlarının suallar toplusunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yerləşdiyi inzibati binada (Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 17) əldə edə bilərlər.

 

    İmtahanın keçiriləcəyi ünvan və vaxt barədə məlumatlar «Test imtahanına buraxılış vərəqəsi»ndə, imtahanın keçirilməsi qaydaları isə «Yaddaş kitabçası»nda əks etdiriləcəkdir.

 

   İmtahana buraxılmış namizədlər 12-13 may 2011-ci il tarixlərdə saat 09.15-dən 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, «Yaddaş kitabçası»nı və «Test imtahanına buraxılış vərəqəsi»ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

 

    Əlavə  məlumatları  437-28-56, 492-62-23, 492-74-32 və 492-63-62 nömrəli telefonlarla almaq olar.