Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-06-17
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

     2011-ci il iyunun 15-də saat 11:30 radələrində Tovuz rayonunun Alakol kənd sakini, 1972-ci il təvəllüdlü Vüqar Məmmədovun yaşadığı evin həyətyanı əkin sahəsində üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik olan meyiti aşkar olunmuşdur. Rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri  aparılmışdır.

 

     Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.  

 

    Rayon prokurorluğu və Polis Şöbəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1977-ci il təvəllüdlü Tahir Quliyev tərəfindən törədilməsi müəyyən olunmuş və o, iyunun 16-da şübhəli şəxs qismində tutulmuşdur. T.Quliyev dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf etmiş və cinayətin aləti olan bıçağı istintaqa təqdim etmişdir.

 

     O, ifadəsində hadisədən bir gün əvvəl aralarında yaranmış mübahisə zamanı V.Məmmədovun onun və ailəsinin ünvanına təhqiramiz ifadələr işlətdiyini və bu səbəbdən onu öldürdüyünü bildirmişdir.

 

     Hazırda iş üzrə Tovuz rayon prokurorluğunda istintaq tədbirləri davam etdirilir.