Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-07-20
Daxili İşlər Nazirliyi və Republika Prokurorluğu Mətbuat xidmətlərinin məlumatı
     Xəbər verildiyi kimi, cari il iyulun 14-də maska taxmış naməlum şəxs, Qaradağ rayonu "Binə" ticatə mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinə odlu silahdan açdığı atəşlə oranın işçisi Əli Əliyevi öldürmüş və məntəqəyə məxsus 16 min manatı götürüb hadisə yerindən qaçmışdır.
 
     Fakt üzrə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
 
     Qrupun həyata keçirdiyi intensiv və məqsədyönlü tədbirlərlə bu ağır cinayəti törətmiş Lökbatan qəsəbəsində kirayə yaşayan Arzuman Bəşirov tutulmuşdur. O, ilkin dindirmə zamanı törətdiyi qətli tam etiraf etmiş və cinayətin aləti olan tapançanı tanışı Zakir İbayevə verdiyini bildirmişdir. Xırdalan şəhərində yaşayan sonuncunun evinə baxış keçirilərkən Arzuman Bəşirovun cinayətdə istifadə etdiyi "Steçkin" markalı, darağında 17 patronu olan tapança aşkarlanıb götürülmüşdür.
 
     İşin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.