Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-08-11
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

    Respublikamızda həyata keçirilən dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Azərbayсan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində atılan mühüm addımların davamı olaraq, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə və "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na uyğun olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi mərhələsinə yekun vurulmuşdur.

    Yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genproseсutor.gov.az) və Qəbul otağında yerləşdirilmişdir.

    Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət əldə etmiş 136 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən Azərbayсan Respublikası Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 15 avqust 2011-ci il tarixdən şəxsiyyət   vəsiqəsini təqdim edərək tibbi müayinədən keçib müsbət rəy aldıqdan   sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəсəklər. Müsahibə mərhələsi 2011-ci il avqust ayının 18-dən etibarən  Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi,7). Namizədlər həmin gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər.

    Namizədlər şəxsiyyət vəsiqəsini təqdim etməklə müsahibədə iştirak etməlidirlər. 

    Əlavə məlumatı 492-63-62, 437-28-56, 492-62-23 və 492-74-32 nömrəli telefonlarla almaq olar.